Millimizin üzvü üçün 75 dəqiqə
Almaniya Qərb Regional Liqasında mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin üzvü Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları doğma meydanda "Kray" ilə qarşılaşıb. Bol qollu matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 6:3. Erat start heyətdə çıxdığı bu matçın 75-ci dəqiqəsində əvəzlənib. 71-ci dəqiqədə isə Erat rəqib qapısından komandasının 5-ci qolunu keçirib.
Qeyd edək ki, Toğrulun komandası mövsümü 59 xalla 19 klub arasında 6-cı pillədə başa vurub.
saytlarin hazirlanmasi