Futbolçumuz üçün 90 dəqiqə
Almaniyanın Şimal-Şərq Regional Liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" səfərdə "Karl Zeyss" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 2:5. Rüfət bu matçda 90 dəqiqə meydanda olub. O, 73-cü dəqiqədə komandasının ikinci qolunun müəllifi olub.
Qeyd edək ki, Dadaşovun komandası mövsümü 23 xalla 18 klub arasında 17-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi