Mutudan maraqlı qərar
Rumıniya futbolunun canlı əfsanəsi Adrian Mutu karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu karyerasını başa vurmaq qərarına gəlib. Hücumçu bu barədə sosial şəbəkə hesabı vasitəsiylə ictimaiyyətə məlumat verib:
"Uzun illər yaşıl meydanlarda oldum. İndi mənim üçün dayanmaq vaxtıdır. Karyeramı bitirdiyimi açıqlamaq istəyirəm.Yuxu kimi karyera keçirdim, mənə bu yolda köməyi dəyən hər kəsə təşəkkür edirəm. "Arges”dən "Dinamo”ya, "İnter”dən "Verona”ya, "Parma”dan "Yuventus”a, "Çelsi”dən "Ayaçço”ya, "Pune Siti”dən "Tarqu Mureş”ə...və ən önəmlisi, karyeramın ən yaxşı vaxtlarını keçirdiyim "Fiorentina”ya təşəkkür edirəm. 35 qol vurmağı bacardığım milli komandamıza da sonsuz təşəkkür edirəm. Oynadığım heç bir oyunu unutmayacam. Səhvlərlə və uğurlarla dolu bir karyera keçirdim. İndi biraz istirahət etmək istəyirəm. Karyeramda millinin heyətində 77, klubların heyətində isə 522 matçda forma geyinmişəm. Bütün oyunlar üçün fərqli duyğular içindəyəm. Səhvlər etdim, ancaq bunlardan geri dönməyi bacardım. İndi bütün bu olanları geridə qoymaq mənim üçün çox çətindir”.
Qeyd edək ki, Mutu karyerası ərzində bir neçə dəfə dopinqdən istifadə etdiyinə görə, diskvalifikasiya olunub. O, "Dinamo” ilə birgə Rumıniya çempionu, "Yuventus” ilə ikiqat İtaliya çempionu və "Çelsi” ilə birgə İngiltərə Premyer Liqasının qalibi olub.
saytlarin hazirlanmasi