2 illik müqavilə imzalandı
Mirça Luçesku ilə yollarını ayıran Donetsk "Şaxtyor"unun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, baş məşqçi vəzifəsinə Paulo Fonseka təyin edilib. 43 yaşlı mütəxəssis "Şaxtyor"la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Paulo Fonseka ötən mövsüm Portuqaliyanın "Braqa" klubunun baş məşqçisi olub.
saytlarin hazirlanmasi