Şehiç penalti qaytardı, komandası finala vəsiqə qazandı VİDEO
14:20 - 3 İyun 2016
"Kirin kuboku"
Yaponiyada milli komandalar arasında təşkil olan “Kirin Kuboku” start götürüb.
Sportal.az xəbər verir ki, turnirdə iştirak edən Bosniya və Herseqovina finala vəsiqə qazanıb. Onlar yarımfinalda Danimarkanı məğlub edib. Əsas hissəsi 2:2 hesabı ilə başa çatan matçdan sonra qalib penaltilər seriyasında müəyyənləşib. Burada bosniya və herseqovinalılar qalib olub. 4:3 hesabı ilə başa çatan penaltilər seriyasında “Qarabağ”ın qapıçısı İbrahim Şehiç 11 metrlik cərimə zərbəsinin 1-ni dəf etməklə komandasını finala daşıyıb.
Bosniya və Herseqovina 2 - 2 Danimarka (pen. 4:3)
QOLLAR: Milan Dyuriç, 52, 84 - Simon Keə, 22, Viktor Fişer, 41