İsveç millisinin üzvü: "Qaret Beyl bir qədər məşq edib güclənməlidir"

11:24 - 6 İyun 2016

"Onun çox güclü olduğunu söyləyirdilər"
 
Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində İsveç və Uels milli komandaları üz-üzə gəlib.
 
Sportal.az xəbər verir ki, qarşılaşma İsveç milli komandasının 3-0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Matçdan sonra jurnalistlərə açıqlama verən İsveç millisinin üzvü Cimmi Durmaz Uels millisinin və Madridin "Real” klubunun ulduz futbolçusu Qaret Beyllə bağlı maraqlı açıqlama verib. Türk əsilli futbolçu matçın gedişi zamanı Beylə qarşı kobud oynayıb. Matçdan sonra həmin epizod barədə danışan "Olimpiakos”un futbolçusu Beylin çox zəif olduğunu bildirib:
 
"Beyl bir qədər məşq edib güclənməlidir. Onun çox güclü olduğunu söyləyirdilər. Amma doğrudan da belə deyilmiş”. 
 
27 yaşlı futbolçu bildirib ki, həmin qayda pozuntusunu İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç çox sadə qarşılayardı:
 
"Düşünürəm ki, komanda yoldaşım Zlatan İbrahimoviç həmin epizodu çox sadə qarşılayardı. Hətta orada qayrda pozuntusu olduğunu hiss etdirməzdi. Mən Beylə təpik atmadım, ona bir az toxundum və ayaqlarını yerdən üzdü”.

Xəbər xətti