Vüqar Əsgərovun qolu Latviya klubuna qələbə qazandırdı

12:25 - 6 İyun 2016

Əsgərov 90 dəqiqə oynadı
 
Futbol üzrə Latviya birinci liqasında 11-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Yekabpils"lə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 3:0. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək mübarizə aparıbsa, Orxan 65-ci dəqiqədə əvəzlənib. Oyunda hesabı da Əsgərov açıb. O, görüşün 42-ci dəqiqəsində penaltidən vurduğu qolla komandasının qələbəsinin təməlini qoyub.
 
Qeyd edək ki, geridə qalan turlarda 16 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb. 

Xəbər xətti