İbrahimoviç: "Mən Fransaya bu ölkənin prezidentindən daha çox xeyir vermişəm"

18:04 - 7 İyun 2016

"Ödədiyim vergilər ölkəyə çox kömək edib"

 

İsveç millisinin ulduzu Zlatan İbrahimoviç qalmqallı açıqlaması ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, o, PSJ-də oynadığı vaxtda Fransaya ölkə prezidenti Fransua Ollanddan daha çox xeyir verdiyini bildirib. 

 

Təcrübəli hücumçunun bu açıqlaması mətbuatda səs-küy yaradıb: “Mən Fransaya bu ölkənin prezidentindən daha çox xeyir vermişəm. PSJ-də oynadığım vaxt ödədiyim vergilər ölkəyə çox kömək edib”.

 

Qeyd edək ki, Zlatan İbahimoviç 2012-2016-cı illərdə PSJ-də çıxış edib.

Xəbər xətti