31 yaşlı məşhur futbolçu karyerasını başa vurdu

14:09 - 9 İyun 2016

Daniel Agger karyerasını başa vurdu
 
Danimarka millisinin futbolçusu Daniel Agger karyerası ilə bağlı önəmli qərar qəbul edib. 
 
Sportal.az xəbər verir ki, son olaraq ölkəsinin "Bröndbü” komandasında forma geyinən futbolçu karyerasını başa vurduğunu açıqlayıb. 31 yaşlı müdafiəçi bu barədə şəxsi sosial şəbəkə hesabı vasitəsiylə məlumat verib. 
 
Qeyd edək ki, Daniel Agger "Bröndbü”nün yetirməsidir. O, 2006-14-cü illərdə İngiltərənin "Liverpul” komandasında forma geyinib. Agger daha sonrakı karyerasını yetirməsi olduğu kluba həsr edib. Təcrübəli futbolçu Danimarka millisinin heyətində 71 oyunda forma geyinib. 

Xəbər xətti