İsrafilov ehtiyat oyunçular skamyasında
İspaniya Sequnda Liqasında La Liqaya yüksəlmək uğrunda yarımfinalın ilk pley-off oyunları baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" öz meydanında "Jirona" ilə qarşılaşıb. Matç 2:1 hesabıyla futbolçumuzun klubunun xeyrinə başa çatıb.
Eddi bu görüşdə iştirak etməyib. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyunun 12-də keçiriləcək.
saytlarin hazirlanmasi