Azərbaycanlı futbolçu Qazaxıstan klubunda

00:03 - 11 İyun 2016

Əliyev "Taraz"da
 
Ukrayna milli komandasının sabiq futbolçusu Aleksandr Əliyev karyerasını Qazaxıstanda davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, əslən Azərbaycandan olan 32 yaşlı yarımmüdafiəçinin "Taraz" klubuna keçidi rəsmiləşib.
 
Ancaq müqavilənin təfərrüatı açıqlanmır. Yalnız bildirilir ki, futbolçu yeni komandasının düşərgəsinə 5 kiloqram artıq çəki ilə gəlib.
 
Xatırladaq ki, son vaxtlar həvəskar liqasında "Rux" və "Katandzaro" klublarında oynayan Əliyev daha öncə Kiyev "Dinamo"su, "Dnepr", "Lokomotiv" və "Anji"də çıxış edib.

Xəbər xətti