"Olimpiya"da çıxış edəcək
Paraqvay millisinin hücumçusu Roke Santa Kruzun yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ulduz futbolçu karyerasını vətənində davam etdirəcək. Müqaviləylə Meksikanın "Kruz Asul" klubuna məxsus olan, son mövsümü icarə əsasında "Malaqa"da keçirən Kruz, karyerasına başladığı "Olimpiya"ya qayıdıb. Bu barədə məlumatı klubun "tvitter" səhifəsi yayıb.
Qeyd edək ki, 34 yaşlı forvard karyerası ərzində "Bavariya", "Mançester Siti" kimi Avropanın nəhəng klublarının şərəfini qoruyub.
saytlarin hazirlanmasi