Azərbaycanlı futbolçunun dublu komandasına 3 xal qazandırdı

17:28 - 15 İyun 2016

Həmyerlilərimiz start heyətdə meydana çıxıb

 

Latviya birinci liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne/Super Nova" da növbəti matçına çıxıb.

 

Həmyerlilərimizin komandası səfərdə "Valmieras" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb. Komandasının hər iki qolunu Əsgərov vurub. O, görüşün 28-ci dəqiqəsində hesabı açıbsa, 82-ci dəqiqədə də qələbə qoluna imza atıb.
 
Qeyd edək ki, geridə qalan turlarda 19 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti