"Neftçi"nin təklifini rədd etdi, İsrail klubu ilə müqavilə imzaladı

12:51 - 16 İyun 2016

Arveladzenin yeni komandasının adına aydınlıq gəldi
 
Şota Arveladzenin "Neftçi" və İsrailin "Makkabi" (Tel-Əviv) klublarından təklif aldığı haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis seçimini edib. Arveladze "Makkabi" klubunun yeni baş məşqçisi təyin edilib. Son olaraq "Trabzonspor"u çalışdıran mütəxəssis İsrail klubu ilə 2 illik müqavilə imzalayıb.
 
"Neftçi"nin təklifini rədd edən Şota Arveladze "Makkabi"də 2 illik gəliri 3 milyon dollar olacaq.

Xəbər xətti