Azərbaycanlı futbolçular 6 qol vurdu, Latviya klubu 9 qolla qələbə qazandı

13:13 - 19 İyun 2016

13-c turun matçı
 
Futbol üzrə Latviya birinci liqasında 13-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə çempionatın aşkar autsayderi "Saldus" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının 9-0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək oynayıbsa, Orxan 70-ci dəqiqədə əvəzlənib.
 
Futbolçularımızın darmadağında xüsusi payı olub. Vüqar biri penaltidən olmaqla 4 qol vurub (11, 13, 23, 89-cu dəqiqələrdə), Orxan isə iki dəfə fərqlənib (15 və 55-ci dəqiqələrdə).
 
Qeyd edək ki, geridə qalan turlarda 22 xal toplayan "Olayne" 15 klub arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti