Batistutanın rekordunu təkrarlayıb
"Barselona" və Argentina milli komandasının üzvü Leonel Messi daha bir rekord müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, ulduz futbolçu buna Argentina - Venesuela matçının 60-cı dəqiqəsində qol vurmaqla nail olub. Belə ki, 28 yaşlı hücumçu millidə vurduğu qolların sayını 54-ə çatdırıb. O, bununla da milli komandada ən çox qol vuran Qabriel Batistutanın rekordunu təkrarlayıb. Messinin vuracağı növbəti qol onu lider edəcək.
saytlarin hazirlanmasi