Zlatan İbrahimoviç: "Burda ölkə yaratdım, mən İsveçəm"

00:56 - 24 İyun 2016

"Rozenqard şəhərindən gəlib İsveçi fəth etdim"
 
Xəbər verdiyimiz kimi, Zlatan İbrahimoviç milli karyerasını başa vurub.
 
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu Fransada təşkil olunan Avropa Çempionatı zamanı bu barədə qərar qəbul edib. 
 
İbrahimoviçin formasını geyindiyi İsveç millisi Avropa Çempionatına uğursuz çıxış edib. Komanda 1 xalla qrup sonuncusu olub və turnirlə vidalaşıb. 
 
İbrahimoviç milli karyerasını başa vurması ilə bağlı bunları deyib:
 
“Mən İsveç yığmasında oynadığım üçün qürur duyuram. Düzdür, artıq yığma karyeramımı başa vurdum. Milli ilə bağlı çox gözəl xatirələrim var. İnsanların çox az tanıdığı Rozenqard şəhərindən gəlib İsveçi fəth etdim. Burda ölkə yaratdım. Mən İsveçəm”. 

Xəbər xətti