Komandası 5-ci pillədə qərarlaşıb
Futbol üzrə Latviya birinci liqasında 14-cü turun qarşılaşmaları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdiyi "Olayne/Super Nova" komandası səfərdə "Rezekne/BJSS" ilə üz-üzə gəlib. Matç futbolçularımızın komandasının 1 - 0 hesablı qələbəsi ilə başa çatıb.
90 dəqiqə meydanda olan Vüqar Əsgərov komandasına qələbə qazandıram qolun müəllifi olub. Orxan Həsənəliyev isə meydana 2-ci hissədə daxil olub.
Qeyd edək ki, 14 turdan sonra 25 xal toplayan "Olayne" 15 klub arasında 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi