Timur Təməltaş "Ümraniyəspor"da
21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Təməltaşın yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra "Altınordu"dan ayrılan futbolçu karyerasını yenə Türkiyədə davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi II liqada mübarizə aparan "Ümraniyəspor" klubu ilə münasibətlərini rəsmiləşdirib. Timur İstanbul klubu ilə 1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi