Millimizin üzvü "Kordoba"dan ayrılıb
Milli komandamızın üzvü Eddi İsrafilovun "Kordoba” macərası da uzun sürməyib.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Sequnda klubundan ayrılıb. Müqaviləylə "Mursiya”ya məxsus olan futbolçuun "Kordoba” ilə icarə müddəti başa çatıb.
Qeyd edək ki, millimizin üzvü mövsümün ilk yarısını "Eybar"da, ikinci yarısını isə "Kordoba"da icarə əsasında çıxış edib.
saytlarin hazirlanmasi