"Qollarımın davamını gətirəcəyimə inanıram"
Milli komandamızın futbolçusu Tuğrul Eratın formasını geyindi "Duysburq" klubu yoldaşlıq matçında Tevtoniya St. Tonis"ə 15:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, oyunda dubl edən gənc hücumçu qolların davamını gətirəcəyini bildirib:
"Debüt matçım çox uğurlu alındı. Qollarımın davamını gətirəcəyimə inanıram. Yeni mövsümə yaxşı hazırlaşmalıyıq. Əsas hədəfimiz II Bundesliqaya vəsiqə qazanmaqdır".
Qeyd edək ki, Tuğrul Erat "Duysburq"a "Fortuna" Düsseldorfdan keçmişdi.
saytlarin hazirlanmasi