Materatsi 10 ildən sonra danışdı: "Mən bu zərbəyə layiq deyildim"

18:54 - 9 İyul 2016

"Etdiyim hərəkət axmaqlıq idi"
 
10 il əvvəl 2006-cı il dünya çempionatının finalına Zidanın Materatsiyə başla endirdiyi zərbə damğa vurmuşdu.
 
Zidan və Materatsinin qarşılıqlı qollarından sonra hesab 1 – 1 başa çatmıışdı. Penaltilər seriyasında qalib gələn İtaliya dünya çempionu olmuşdu.
 
İtaliyanın çempionluğundan 10 il keçərkən, Marko Materatsi Zinəddin Zidana həmin an nə söylədiklərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, “L’equipe” qəzetinə danışan futbolçu axmaq hərəkət etdiyni bildirib:
 
“Həmin gündən sonra məni dünyanın bütün nöqtəsindən jurnalistlər müsahibə almaq üçün axtarırdı. Lakin mən təklifləri qəbul etmirdim. Buna görə bir kitab yazmağı qərar verdim. Hər kəsə mənim Zidana dediyim sözlər maraqlı gəlirdi. Əlbəttə, etdiyim hərəkət axmaqlıq idi. Ancaq mən bu baş zərbəsinə layiq deyildim. Mən Roma, Neapol, Turin, Milan və Parisdə bundan daha ağır sözlər eşitmişəm. Mən Zidanın anası haqda yox, bacısı barədə bir neçə söz işlətdim. Lakin qəzetlərdə hamı mənim Zidanın anasını təhqir etdiyimi yazırdı. Mən heç vaxt belə etmərəm. Çünki anamı kiçik yaşlarımda itirmişdim. Bu söhbətin bu qədər uzanmasını başa düşmürəm. Mən yalnız onu yaxşı xatırlayıram ki, biz ikimiz də həmin oyunda qol vurduq”.

Xəbər xətti