Millimizin rəqibində yeni baş məşqçi

13:47 - 16 İyul 2016

2 illik müqavilə imzalandı
 
2018-ci ildə Rusiyada keçiriləcək DÇ-nın seçmə mərhələsində millimizin rəqibi olan Çexiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, Karel Yarolim yığmanın yeni baş məşqçisi təyin olunub. 59 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Yarolimin qarşısına DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq hədəfi qoyulub.
 
O, yeni vəzifəsində Fransada təşkil olunan Avropa çempionatından sonra "Anji"də çalışmağa qərar verən Pavel Vrbanı əvəzləyib.
 
Qeyd edək ki, Karel Yarolim "Neftçi" - "Şkendiya" cütünün Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi olan "Mlada Boleslav" klubunun da baş məşqçisidir. Lakin Çexiya klubu Yarolimə yığma komandada işləməyə icazə verib.

Xəbər xətti