Demba Ba karyerasını bitirir?

00:35 - 18 İyul 2016

Zədəsi karyerasını bitirə bilər
 
Çinin "Şanxay Şenhua" komandasının ulduz futbolçusu Demba Banın Superliqanın XVIII turunda "Şanxay SİPG" komandası ilə görüşdə sağ ayaq bilyəyinin qırılması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
 
Sportal.az xəbər verir ki, sözügedən zədə futbolçunun karyerasını başa vurmasına səbəb ola bilər.
 
Bu barədə məlumatı "Şanxay Şenhua"nın baş məşqçisi Qreqorio Manzano məlumat verib. O, bildirib ki, 31 yaşlı hücumçu sözügedən zədəyə görə karyerasını başa vura bilər.

Xəbər xətti