UEFA ən yaxşı futbolçu adına namizədləri açıqladı SİYAHI

15:15 - 18 İyul 2016

"Real"ın 4 futbolçusu namizəddir
 
UEFA Avropada ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
 
Sportal.az xəbər verir ki, 55 ölkənin jurnalistləri arasında keçirilən sorğuda 10 futbolçunun namizədliyi irəli sürülüb. Siyahıda "Real" Madriddən 4, "Barselona" və "Bavariya"dan 2, "Yuventus" və "Atletiko" Madriddən isə 1 futbolçunun adı var:
 
Toni Kroos, Kristiano Ronaldo, Qaret Beyl, Pepe ("Real" Madrid)
Lionel Messi, Luis Suares ("Barselona")
Tomas Müller, Manuel Noyer ("Bavariya")
Antuan Qrizmann ("Atletiko" Madrid)
Canluici Buffon ("Yuventus")
 
Son 3 finalçının adı avqustun 5-də açıqlanacaq. Qitənin ən güclüsünə mükafat avqustun 25-də Monakoda keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından əvvəl veriləcək.
 
Qeyd edək ki, bu mükafat 6-cı dəfə təqdim olunacaq. Avropanın ən yaxşı futbolçusu adını Lionel Messi (2011, 2015), Andres İnyesta (2012), Frank Riberi (2014) qazanıblar.

Xəbər xətti