Oyun serbiyalı hakimə tapşırıldı
"Real" Madrid və "Sevilya" arasında keçiriləcək UEFA Super kubokunun final matçını idarə edəcək hakimin adı açıqlanıb.
Sportal.az xəbər verir ki, qitənin ən güclüsünü müəyyənləşdirəcək matçı serbiyalı FİFA referisi Milorad Maziç idarə edəcək.
Qeyd edək ki, sözügedən oyun avqustun 9-da baş tutacaq.
Əlavə edək ki, Milorad Maziç 2010-cu ildə ÇI-nın II təsnifat mərhələsində keçirilən "Lex" - "İnter" matçını idarə edib. Həmin oyunda "İnter" qələbə qazansa da, penaltilər seriyasında "Lex"ə məğlub olmuşdu və mübarizəni dayandırmışdı.
Bundan əlavə, Maziç DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan - Rusiya (1:1) matçını idarə edib. Serbiyalı referi həmin matçda Maksim Medvedevə qırmızı vərəqə göstərmişdi.
saytlarin hazirlanmasi