Demba Ba karyerasını bitirəcək?

16:51 - 20 İyul 2016

" Növbəti mövsümə kimi tam hazır olmağa çalışacam"

 

"Şanxay Şenxua"nın seneqallı hücumçusu Demba Banın Çin Superliqasının XVIII turu çərçivəsində "Şanxay SİPG" klubuna qarşı oyunda ayağının qırılması barədə məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, seneqallı forvard ağır zədədən sonra ilk əməliyyatını keçirib. Demba Ba açıqlamasında ağır zədəyə baxmayaraq, karyerasını bitirməyəcəyini deyib:
 
"Çox ağır zədə aldım, ancaq bilirəm ki, bunun öhdəsindən gələcəm. Karyeramı bitirməyəcəm, bundan əmin ola bilərsiz. Zədədən sonra həkimlərə yalnız yüngül əməliyyat etmələrini dedim. Avropada əməliyyat olmaq istəyirəm. Artıq bir neçə həkimlə məsləhətləşmişəm. Mənim kimi zədələnən, ancaq sonradan daha güclü formada futbola qayıdan oyunçular var. Karyeramın əvvəllərində də buna bənzər zədə almışdım, ancaq sonradan sağalmışdım. Bu dəfə də elə olacaq. Burda mövsüm martda başlayıb, noyabrda bitir. Növbəti mövsümə kimi tam hazır olmağa çalışacam".
 
Xatırladaq ki, təcrübəli hücumçu cari mövsümdə Çin Superliqasında meydana çıxdığı 18 oyunda 14 qola imza atıb.

Xəbər xətti