Milli Ellardaysa həvalə olundu
AÇ-2016-da uğursuz çıxışdan sonra Roy Hocsonla yollarını ayıran İngiltərə yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, boş qalmış posta Sem Ellardays gətirilib.
Qeyd edək ki, Ellardays 2011/15-ci illərdə "Vest Hem Yunayted"i çalışdırıb. 61 yaşlı mütəxəssisin son iş yeri "Sanderlend" olub.
saytlarin hazirlanmasi