Srna Xorvatiya millisində çıxışını başa vurdu
Daha bir futbolçu milli karyerasını başa vurduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, söhbət Xorvatiya millisinin kapitanı Dario Srnadan gedir. Donetskin "Şaxtyor" klubunun 34 yaşlı futbolçusu bu barədə özü açıqlama verib.
O, klubun rəsmi saytına açıqlamasında bunları deyib: "10 gün ərzində qərarımı rəsmən Xorvatiya Fubol Federasiyasına bildirəcəm. Bundan sonra bütün diqqətimi "Şaxtyor"un oyunlarına yönəldəcəm".
Qeyd edək ki, Srna 2002-ci ildə milli komandada debüt edib. O, "damalılar"ın heyətində 134 oyun keçirib və 22 dəfə fərqlənib.
saytlarin hazirlanmasi