Şirokov karyerasını başa vurdu
Rusiya millisinin sabiq kapitanı Roman Şirokov karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu özü məlumat verib.
Roman Şirokov karyerasının ən yaxşı illərini "Zenit"də keçirib. Onun son klubu ÇSKA olub.
Şirokov Rusiya yığmasının heyətində 57 oyuna 13 qol vurub. O bu qollardan birini 2012-ci ilin oktyabrında Azərbaycan millisi ilə matçda vurub. Şirikov həmin oyunun 84-cü dəqiqəsində Kamran Ağayevi penalti zərbəsi ilə məyus edərək Rusiyaya qələbə qazandırmışdı.
saytlarin hazirlanmasi