Əliyar Ağayevin idarə etdiyi matçda Fransa Avropa çempionu oldu

00:40 - 25 İyul 2016

Final matçı
 
Almaniyada təşkil edilən 19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, həlledici oyunda Fransa və İtaliya milliləri üz-üzə gəliblər. FİFA referimiz Əliyar Ağayevin idarə etdiyi oyunda Fransa yığması 4:0 hesabı ilə qalib gələrək qitə çempionu olub.
 
Ağayev oyunda 7 dəfə əlini cibinə atmalı olub. Həmyerlimiz 2 dəfə fransızları, 5 dəfə isə italyanları sarı vərəqə ilə cəzalandırıb.
 
U-19 Avropa çempionatı, final
24 iyul
Fransa 4 - 0 İtaliya
QOLLAR: Yan-Kevin Auqustin, 6, Lüdovik Blas, 19, Lukas Tusart, 82, İssa Diop, 90+2

Xəbər xətti