Bastian Şvaynştayger karyerası ilə bağlı önəmli qərar qəbul verib.
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi milli karyerasını başa vurduğunu açıqlayıb. "Mançester Yunayted”in futbolçusu bundan sonra diqqətini klub karyerasına yönəldəcəyini bildirib.
Qeyd edək ki, Şvaynştayger 2004-cü ildən Almaniyanın əsas yığmasında çıxış edirdi. O, yığmada keçirdiyi 120 oyunda 24 qol vurmuşdu. Şvaynştayger həmin qollardan birini 2009-cu ilin avqust ayında DÇ-2010-nun seçmə mərhələsinin oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Azərbaycan yığmasının qapısından keçirmişdi.