"Zenit"in yarımmüdafiəçisi Aksel Vitsel klubdan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı komandanın çalışdırıcısı Mirça Luçesku Rusiya Premyer Liqasının ilk turunun "Lokomotiv"lə (0:0) matçdan sonra söyləyib. Təcrübəli mütəxəssis Vitselin xidmətində maraqlı olsa da, belçikalı futbolçunun klubdan ayrılmaq istədiyini bildirib:
Əlavə edək ki, 27 yaşlı futbolçunun "Zenit"lə müqaviləsi gələn yay başa çatır. Vitsellə "Yuventus", "Everton", "Real" Madrid və "Roma" klubları maraqlanır.
saytlarin hazirlanmasi