Macarıstan milli komandasının və adıçəkilən ölkənin "Haladas” komandasının futbolçusu Qabor Kirali karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Sportal.az xəbər verir ki, 40 yaşlı qolkiper milli komandadakı karyerasını başa vurub. O, bu barədə şərəfini qoruduğu komandanın rəsmi saytına açıqlamasında məlumat verib. Təcrübəli əlcək sahibi bildirib ki, bundan sonra bütün diqqətini klubundakı karyerasına yönəldəcək.
Qeyd edək ki, Kirali bu il Macarıstan milli komandası ilə birlikdə Fransada təşkil olunan Avropa Çempionatında iştirak etmişdi. Qoliper AÇ-da oynayan ən yaşlı futbolçu adına bu il keçirilən turnirdə sahib olmuşdu.
Xatırladaq ki, Qabor 107 dəfə milli formanı geyinib.