Azərbaycanlı futbolçu komandasına qələbə qazandırdı

17:26 - 7 Avqust 2016

Futbol üzrə Latviya birinci liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdiyi "Olayne/Super Nova" da növbəti matçına çıxıb.

 

Sözügedən klub səfərdə RTU ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:1. Vüqar start heyətdə başladığı matçın sonunadək meydanda olubsa, Orxanın adı bu dəfə ümumiyyətlə, iştirak ərizəsində yer almayıb.

 

Əsgərov bu dəfə də komandasının qələbəsinə qolla töhfə verib. Belə ki, 43-cü dəqiqədə fərqlənən həmyerlimiz matçda son nöqtəni qoyan futbolçu olub. Bu, Əsgərovun cari mövsümdə vurduğu 21-ci qol olub. Həsənəliyev isə 7 qol vurub.

 

Qeyd edək ki, geridə qalan turlarda 31 xal toplayan "Olayne" 15 klub arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti