Almaniya III Bundesliqasında 2-ci turun qarşılaşmaları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" da növbəti matçına çıxıb. Millimizin üzvünün komandası səfərdə "Osnabrek"lə qarşılaşıb. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb. Oyuna start heyətdə başlayan 24 yaşlı hücumçu 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Duysburq"un aktivində 2 turdan sonra 4 xal var.
saytlarin hazirlanmasi