Azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" yoxlama matçında qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi Avstriyanın"Qarabağ" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Türkiyə klubunun 5 - 0 hesablı qələbəsi ilə başa çatıb. "Trabzonspor"un qollarını Mustafa Akbaş, NDoye, Zeki Yavru və Matius Bero (2) vurub.
Ramil Şeydayev bu matçda ehtiyat oyunçular skamyasında olub. O, qarşılaşmanın 69-cu dəqiqəsində NDoyenin əvəzinə meydana daxil olub.
Qeyd edək ki, azərbaycanlıların yaratdığı “Qarabağ” klubu Avstriya 4-ci Liqasında çıxış edir. Klubun idarə heyəti dörd Azərbaycan və iki Avstriya vətəndaşından ibarətdi.
saytlarin hazirlanmasi