Gürcüstan çempionatında 2016/2017-ci il mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycanlı futbolçu Rasim Ramaldanovun şərəfini qoruduğu "Kolxeti" klubu da ilk matçına çıxıb. Poti təmsilçisi səfərdə "Zuqdidi" ilə üz-üzə gəlib. Qarşılaşma futbolçumuzun komandasının 1 - 0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ramaldanov Gürcüstan çempionatında debüt edib. O, meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb.
saytlarin hazirlanmasi