Sloveniya çempionatında 4-cü turun qarşılaşmaları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Domjale" səfərdə "Rudar"ın qonağı olub. Matç həmyerlimizin komandasının 2 - 0 hesablı qələbəsi ilə yekunlaşıb. Məsimovun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Domjale" 4 turdan sonra aktivində olan 8 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Çempionatın lideri isə 9 xala malik olan "Olimpiya"dır.
saytlarin hazirlanmasi