Ramil Şeydayev: "Trabzonspor"da özümü isbat edəcəm"

12:54 - 9 Avqust 2016

"Təlim-məşq toplanışında fiziki cəhətdən özümü çox yaxşı hiss edirdim. Müqaviləm başa çatdığı üçün, "Zenit"dən yeni sözləşmə gözləntim var idi, lakin olmadı. Luçesku ilə balı danışmaq lazım gələrsə, hər şeyə rəğmən məndə gözəl hisslər buraxdı".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Trabzonspor"un azərbaycanlı futbolçusu Ramil Şeydayev Türkiyə mətbuatına verdiyi açıqlamasında səsləndirib. Gənc forvard Qara Dəniz təmsilçisindəki hədəfindən də danışıb.

 

"Dediyim kimi, özümü fiziki cəhətdən güclü hiss edirəm. Çox yaxşı hazırlaşmışam. "Trabzonspor"da özümü isbat edəcəm. Yeni baş məşqçimin ədalətli biri olduğunu düşünürəm. Məni görəcək".

Xəbər xətti