Azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi Macarıstandakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi son sınaq matçında BƏƏ-nin “Emireyts” klubu ilə qarşılaşıb.
"Trabzonspor" bu matçda rəqibini 1 - 0 hesabı ilə məğlub edib. Şeydayev 67-ci dəqiqədə meydana daxil olub.