"Olimpiakos"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az Yunanıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına portuqaliyalı mütəxəssis Paulo Bento gətirilib. 47 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2011-2014-cü illərdə Portuqaliya millisinin baş məşqçisi işləyən P.Bentunun son iş yeri Braziliyanın “Kruzeyro” komandası olub.
saytlarin hazirlanmasi