Azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" növbəti yoxlama matçında qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Bursaspor"la üz-üzə gəlib. Oyundan öncə Trabzon təmsilçisi Ramil də daxil olmaqla bu yay transfer etdiyi yeni futbolçularını azarkeşlərinə təqdim edib.
Qarşılaşma "Trabzonspor"un 0 - 3 hesablı məğlubiyyəti ilə başa çatıb. Şeydayev matçın 83-cü dəqiqəsində Kastilyonun əvəzinə meydana daxil olub.
saytlarin hazirlanmasi