Futbol üzrə Sloveniya çempionatında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Domjale" də növbəti matçına çıxıb. Həmyerlimizin komandası doğma meydanda "Koper"lə qarşılaşıb. "Domjale" bu oyunda rəqibini 2 - 0 hesabı ilə məğlub edib.
Samir Məsimovun adı ilk 4 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 5 turdan sonra 11 xalla 10 klub arasında 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi