Futbol üzrə Portuqaliya ikinci liqasında 2-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun çıxış etdiyi "Sportinq B" də növbəti matçına çıxıb. Lissabon təmsilçisi səfərdə "Sportinq" Kovilyanla qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2 - 1 hesablı qələbə ilə ayrılıb.
İlk turda olduğu kimi, bu dəfə də Nəsirovun adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, 2 turdan sonra "Sportinq"in ikinci komandası 3 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi