Daha bir azərbaycanlı futbolçu Türkiyə klubuna üz tutdu

12:25 - 16 Avqust 2016

Son olaraq "Rəvan”da çıxış edən Nuran Qurbanov karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi aşağı liqada çıxış edən "Turqutluspor” klubunda forma geyəcək. Qurbanov Manisa şəhərini təmsil edən klubla 1 illik  müqavilə imzalayıb. 
 
Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü karyerası ərzində "Muğan”, MOİK, "Qəbələ”, "Bakı”, "Sumqayıt” və "Rəvan” kimi komandalarda çıxış edib. 

 

Əlavə edək ki, Orxan Səfiyaroğlu da Bal Liqasında mübarizə aparan "İsparta Darvazspor"la müqavilə imzalayıb.

Xəbər xətti