"Xuan Karlos Kordero və Kike Pina ilə yaxşı münasibətlərim var. Bilirəm ki, onlar işlədikləri bütün klublarda əllərindən gələni edirlər. "Kadis”ə keçməklə karyeramda müsbət olacaq addım atdığımı düşünürəm”.
Sportal.az xəbər verir ki, bu sözlər Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilova məxsusdur.
Millimizin üzvü ötən gün çıxış etdiyi "Mursiya” klubundan ayrılıb və "Kadis"lə müqavilə imzalayıb. Eddi keçidi barədə klubun rəsmi saytına açıqlama verib.
Gənc futbolçu "Kadis"ə kömək etmək gücündə olduğunu vurğulayıb:
"İspaniya Sequndası fərqli çempionatdı. Meydanın mərkəz xəttində böyük işlər görmək gücündəyəm. Komandam üçün həm hücum xəttində, həm də müdafiədə daha yaxş oyun göstərməyə çalışacam. Bilirsiniz ki, 6 və 8 nömrə kimi oynamağı sevirəm. Həm müdafiədə, həm də yarımmüdafiədə çıxış edə bilərəm. Buna görə universal futbolçuyam”.
Eddinin "Kadiz”dən öncə İngiltərənin "Fulhem” klubuna keçmək variantı var idi. Eddi London təmsilçisinə keçməməsinin də səbəblərini açıqlayıb:
"Düzdü, İngiltərədə oynamağa çox yaxın idim. Ancaq son anda müqavilə şərtlərində razılaşma əldə edə bilmədik. Buna sevinirəm.Əgər "Fulhem”lə müqavilə imzalasaydım, indi "Kadis"in futbolçusu olmazdım”.
saytlarin hazirlanmasi