Gürcüstan çempionatında 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası olan "Kolxeti" də növbəti matçına çıxıb. Poti təmsilçisi səfərdə Bolnisi "Sioni"si ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Rasim qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Futbolçumuz 63-cü dəqiqədə hesabı açmaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Kolxeti" 3 turdan sonra 6 xalla yer aldığı "altılıq"da 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi