Türkiyə Super Liqasında 2016/2017-ci il mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ufuk Budakın şərəfini qoruduğu "Kayserispor" ilk matçda doğma meydanda "Akhisar Bələdiyyəspor"u qəbul edib. Qarşılaşma qonaqların 2 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Ufuk Budak yeni komandasında debüt edib. O, matça start heyətdə başlayıb və 90 dəqiqə mübarizə aparıb.
saytlarin hazirlanmasi