Nazarovun komandası penaltilərlə məğlub oldu

00:37 - 22 Avqust 2016

Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” öz meydanında “İnqolştad”la üz-üzə gəlib. 

 

Görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalib penaltilərlə müəyyənləşib. Daha dəqiq oynayan “İnqolştad”lı futbolçular 8:7 hesabı ilə qalib gəliblər.

 

Dmitri Nazarov bu matçda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Xəbər xətti